Azərbaycan, Bakı, 21 fevral /Trend/
Ukrayna Ali Radası antiterror əməliyyatının keçirilməsini qadağan edən qətnamə qəbul edib.
Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qətnamə eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin antiterror əməliyyatlarında iştirakını da qadağan edir.
Bundan başqa, qətnaməyə əsasən, Ukrayna Daxili İşlər Nazirliyi öz əməkdaşlarını daimi dislokasiya yerinə qaytarmalıdır.