Azərbaycan, Bakı, 5 mart /Trend/
Ukraynanın "Sağ sektor" partiyasının lideri Dmitri Yaroş barəsində beynəlxalq axtarış elan edilib. Ona qarşı qiyabi olaraq terrorçu və ekstremist hərəkətlərə açıq şəkildə çağırış etmək ittihamı irəli sürülüb. Bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
V.Markin deyib: "İstintaq Dmitri Yaroş barəsində beynəlxalq axtarış elan edilməsi haqqında qətnamə çıxarıb. Yaxın vaxtlarda istintaq Yaroş barəsində qiyabi həbs qətimkan tədbiri şəklində ehtiyat tədbirinin seçilməsini xahiş etmək niyyətindədir. Cinayət işi üzrə təhqiqat davam edir".
Qeyd edək ki, bir müddət əvvəl rusiyalı müstəntiqlər partiyanın sosial şəbəkədəki səhifəsində çeçen terrorçuların lideri Doku Umarova dəstəklə bağlı müraciət yazan Yaroş barəsində terrorizmə çağırış maddəsi üzrə cinayət işi açıblar.