...

Ağ Ev Putinə qarşı şəxsi sanksiyaların tətbiqini istisna etmir

Dünya xəbərləri Materials 18 Mart 2014 11:30 (UTC +04:00)
Ağ Evin mətbuat katibi Cey Karni Rusiyanın Ukraynada böhranın aradan qaldırılmasına mane olacağı halda Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiqini istisna etmir.
Ağ Ev Putinə qarşı şəxsi sanksiyaların tətbiqini istisna etmir

Azərbaycan, Bakı, 18 mart /Trend/

Ağ Evin mətbuat katibi Cey Karni Rusiyanın Ukraynada böhranın aradan qaldırılmasına mane olacağı halda Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiqini istisna etmir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə o, dünən keçirilən brifinqdə bəyan edib.

Putinin Krımın Rusiyaya birləşdirilməsində iştirakına görə ABŞ-ın barəsində sanksiyalar tətbiq edəcəyi şəxslərin siyahısına daxil edilməsinin mümkün olub-olmaması barədə suala cavab verərkən o deyib ki, Birləşmiş Ştatlar "hansısa şəxsi və ya fəaliyyəti istisna etmir".

ABŞ Prezidentinin nümayəndəsi bəyan edib: "Biz hadisələrin inkişafı üzrə addımların düzgünlüyünü qiymətləndirməyə hazırlaşırıq. Biz hansısa şəxsi və ya fəaliyyəti istisna etmirik. Qeyd etmək lazımdır ki, Rusiya Ukraynada vəziyyətin nizamlanması ilə bağlı öz mövqeyini dəyişməzsə, o, əlavə cəzaya məruz qalacaq.

Prezidentin bu gün xatırlatdığı kimi, yaxın günlərdə və həftələrdə nə baş verəcəyindən, Rusiyanın Ukrayna ilə bağlı atacağı addımlardan asılı olaraq daha geniş sanksiyalar tətbiq etmək imkanımız var. Biz Ukraynada yaranmış vəziyyətin diplomatik yollarla həll olunması üçün Rusiyaya təzyiq göstərməkdə davam edirik".

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

Krımın Rusiyaya birləşməsinə cavab olaraq ABŞ və Avropa İttifaqı bir sıra Rusiya və Ukrayna məmurları və hərbçiləri barəsində sanksiyaların tətbiqi edildiyini bəyan edib. Həmin şəxslərin Birləşmiş Ştatlara və Avropa İttifaqı ölkələrinə girişi qadağan ediləcək və onların xarici hesabları bloklanacaq.

Ukraynanın devrilmiş Prezidenti Viktor Yanukoviç, Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin, Krımın Baş naziri Sergey Aksyonov, Dövlət Dumasının deputatları Sergey Jelenyak, Leonid Slutski və Yelena Mizulina, Rusiyanın Qara dəniz donanmasının komandanı, vitse-admiral Aleksandr Vitko və başqalarının adları azı iki siyahıdan birinə düşüb.

Bu gün Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq bəyan edib ki, Aİ-nin "qara siyahı"sı genişləndirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti