...

Ukrayna DİN: Xarkovda vilayətin dövlət administrasiyasının binası azad edilib

Dünya xəbərləri Materials 7 Aprel 2014 12:04 (UTC +04:00)
Xarkovda vilayətin dövlət administrasiyasının binası mitinqçilərdən tamamilə azad edilib.
Ukrayna DİN: Xarkovda vilayətin dövlət administrasiyasının binası azad edilib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Xarkovda vilayətin dövlət administrasiyasının binası mitinqçilərdən tamamilə azad edilib. Trend-in məlumatına görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov "Facebook"dakı səhifəsində bildirib.

O deyib: "İş prosesi başlayıb. Kömək edənlər çox sağ olsun. Mən Xarkovda işləyirəm. Xarkovlulardan adekvat nizamlanma prosesini dəstəkləmələrini xahiş edirəm".

Qeyd edək ki, dünən Ukraynanın şərqində etiraz aksiyaları keçirilib. KİV-in xəbər verdiyi kimi, mitinqlərdən sonra fəallar Xarkovda və Donetskdə vilayətin dövlət administrasiyalarının binalarını ələ keçiriblər, Luqanskda isə Ukraynanın Təhlükəsizlik Xidmətinin binasını hücumla alıblar və Milli Bankın filialını ələ keçiriblər.

Ukraynada fevralın 22-də hakimiyyət dəyişikliyi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti