Azərbaycan, Bakı, 3 may / Trend /
İran Ukraynada zorakılığın artmasından narahatdır və münaqişə tərəflərini bütün məsələlərin sülh yolu ilə həllini tapmağa çağırır. Trend PressTV telekanalına istinadən bu barədə İranın xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Əfxəm cümə günü bildirib.
Onun sözlərinə görə, Ukraynada toqquşmaların davam etməsi yalnız vəziyyəti gərginləşdirəcək.
"Bu münaqişə ölkənin milli maraqlarına və Ukrayna xalqının mənafelərinə ziddir", - o, deyib.
Əfxəm həmçinin əlavə edib ki, İran istəyir ki, regionda sülh bərqərar olsun.
Ukraynanın cənub-şərq vilayətlərində hökumət əleyhinə kütləvi aksiyalar 2014-cü ilin fevralın sonlarında başlayıb. Kiyevdəki hakimiyyətlə rusiyayönümlü vətəndaşlar arasındakı qarşıdurmanın mərkəzi Donbass olub.