...

İran və Pakistan təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

Dünya xəbərləri Materials 3 May 2014 17:26 (UTC +04:00)
İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli bazar ertəsi Pakistana səfər edəcək.
İran və Pakistan təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Cəfərov/

İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli bazar ertəsi Pakistana səfər edəcək. Bunu İranın Pakistandakı səfiri Əlirza Həqiqiyan deyib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verir.

Ə.Həqiqiyan bildirib ki, Ə.Rəhmani-Fəzlinin İslamabada səfəri zamanı İran və Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Onun sözlərinə görə, ikigünlük səfər zamanı Ə.Rəhmani-Fəzli Pakistanın bir sıra rəsmiləri ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti