Azərbaycan, Bakı, 25 may /Trend/
Suriya hökumətinin nəzarətində olan Homs şəhərində avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində ən azı 10 nəfər ölüb. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.
Bildirilir ki, bu hadisə şəhərin əsasən xristianlar və ələvilər yaşayan rayonunda baş verib.
Hökumət qoşunları ilə döyüşən üsyançılar, bu yaxınlarda Homsun Köhnə şəhərdəki mövqelərindən geri çəkiliblər. Bəşər Əsəd hökuməti üçün o vaxtı bu simvolik qələbə olub.