...

İranın Azərbaycanla sərhəd əyalətində heyvanlarda dəri xəstəliyi yayılıb

Dünya xəbərləri Materials 7 İyun 2014 15:25 (UTC +04:00)
İranın İlam, Kürdistan, Kirmanşah və Azərbaycanla həmsərhəd olan Qərbi Azərbaycan əyalətində heyvanlar arasında yolxucu dəri xəstəliyi yayılıb.
İranın Azərbaycanla sərhəd əyalətində heyvanlarda dəri xəstəliyi yayılıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir T.Cəfərov/

İranın İlam, Kürdistan, Kirmanşah və Azərbaycanla həmsərhəd olan Qərbi Azərbaycan əyalətində heyvanlar arasında yolxucu dəri xəstəliyi yayılıb. Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi xəbər verir.

Məlumata əsasən, İranın Baytarlıq Təşkilatı sədrinin sağlamlıq və yolxucu xəstəliklərlə mübarizə məsələləri üzrə müavini Möhsün Moşkat deyib ki, bu xəstəlik İran ərazisinə İraq və Türkiyədən keçib: "Nodulyar dermatit (Lumpy Skin Disease) adı ilə tanınan xəstəlik bir aya yaxındır ki, sərhəd bölgələrdə müşahidə olunur. Hazırda baytarlıq təşkilatı bu xəstəliklə mübarizə aparırır".

O deyib ki, adıçəkilən əyalətlərdə karantin elan olunub və həmin əyalətlərdən heyvanların çıxarılması dayandırılıb. Bundan başqa, sağlam heyvanlara xəstəliyə yoluxmamaları üçün vaksin vurulur.

Moşkat bildirib ki, bu xəstəlik yalnız inəklər arasında geniş yayılır və insana keçmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti