...

Tehran merinin müavini həbs olundu

Dünya xəbərləri Materials 2 Dekabr 2014 17:51 (UTC +04:00)
Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibafın müavini ötən gün hava limanında ölkəni tərk etmək istəyərkən həbs olunub.
Tehran merinin müavini həbs olundu

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibafın müavini ötən gün hava limanında ölkəni tərk etmək istəyərkən həbs olunub. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Tehran merinin müavininin həbs edilməsi barədə xəbəri Məhkəmə Sisteminin sözçüsü də təsdiqləyib, lakin həmin şəxsin merin konkret hansı müavini olduğunu açıqlamayıb.

Qeyd edək ki, Tehran merinin 20-dən çox müavini var.

Məlumata əsasən, həbs edilmiş müavin milli təhlükəsizliyə təhlükə törətməkdə və korrupsiyada ittiham olunur. O, Tehran şəhərindəki müşahidə-nəzarət kameralarının IP adreslərini və görüntülərini xarici ölkələrdən birinə ötürüb.

Məlumatda deyilir ki, bu görüntüləri alan ölkə İspaniyadır.

ISNA yazır ki, Tehran şəhərinin merinin müavini 2005-ci ildə İranı tərk etmiş bir şəxslə bu işdə əlbir olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti