...

İsrailə qarşı ilkin istintaq başlanıldı

Dünya xəbərləri Materials 16 Yanvar 2015 20:18 (UTC +04:00)
Beynəlxalq Cinayət Məhkəməsi mümkün hərbi cinayətlərlə əlaqədar İsrail haqqında ilkin istintaq tədbirlərinə başlayıb.
İsrailə qarşı ilkin istintaq başlanıldı

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Beynəlxalq Cinayət Məhkəməsi mümkün hərbi cinayətlərlə əlaqədar İsrail haqqında ilkin istintaq tədbirlərinə başlayıb.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru xanım Fatu Bensuda Fələstində mümkün hərbi cinayətlərlə bağlı ilkin istintaqa başladığını deyib.

Qambiyalı prokuror istintaqı tam müstəqil və tərəf saxlamadan apacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti