...

Ukrayna Ali Radası Rusiyanı təcavüzkar ölkə elan etdi

Dünya xəbərləri Materials 27 Yanvar 2015 15:29 (UTC +04:00)
Ukrayna Ali Radası Rusiyanın təcavüzkar ölkə kimi tanınması haqqında ərizəni bəyənib və xarici dövlətlərin parlamentlərini və beynəlxalq təşkilatları bundan nümunə götürməyə, Rusiyaya təzyiqləri artırmağa çağırıb.
Ukrayna Ali Radası Rusiyanı təcavüzkar ölkə elan etdi

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Bu gün Ukrayna Ali Radası Rusiyanın təcavüzkar ölkə kimi tanınması haqqında ərizəni bəyənib və xarici dövlətlərin parlamentlərini və beynəlxalq təşkilatları bundan nümunə götürməyə, Rusiyaya təzyiqləri artırmağa çağırıb. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verib.

Ukrayna parlamenti, həmçinin qondarma "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"nın terrorçu təşkilatlar kimi tanınmasına tərəfdar olduğunu ifadə edib.

Bu gün keçirilən növbədənkənar iclasın qərarının lehinə qeydiyyatdan keçən 289 deputatdan 271-i səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti