...

Türkiyədə siqaretlə bağlı yeni qadağalar

Dünya xəbərləri Materials 30 Yanvar 2015 14:41 (UTC +04:00)
Türkiyə Səhiyyə Nazirliyi siqaret çəkilməsi ilə bağlı yeni qadağalar tətbiq etməyi planlaşdırır.
Türkiyədə siqaretlə bağlı yeni qadağalar

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Məftun Salmanov/

Türkiyə Səhiyyə Nazirliyi siqaret çəkilməsi ilə bağlı yeni qadağalar tətbiq etməyi planlaşdırır.

Trend-in cümə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, 2015-2018-ci illəri əhatə edən "dumansız hava məkanı" planı tütün məhsullarının istifadəsini azaltmağı və cəmiyyəti maarifləndirməyi nəzərdə tutur.

Yeni qadağalara əsasən, binanın girişində siqaret çəkilməsinə icazə verilməyəcək. Bundan başqa, tütün məhsullarını istehsal etməkdən vaz keçən fermerlərə yardım göstəriləcək.

Siqaret satışı ilə məşğul olanlar şəxsiyyətlərini təsdiq edən sənədlər göstərməli olacaqlar. Digər tərəfdən, tək-tək siqaret satışı qadağan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti