Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
İstanbulun mərkəzində naməlum qadın polis məntəqəsinə silahlı hücum edib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, hücum nəticəsində heç kəs xəsarət almayıb.
Hücum edən şəxs cinayət yerindən qaça bilib. Hazırda onun axtarışı aparılır.