Azərbaycan, Bakı, 3 fevral /Trend/
Yerevanda özəl taksilərin sürücüləri fevralın 5-də hökumət binasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər. Bu barədə Trend "Armenia Today" saytına istinadən xəbər verir.
Taksi sürücülərinin narazılığına səbəb lisenziyalaşdırma qaydalarındakı dəyişikliklər olub. Belə ki, həmin dəyişikliklərə görə, sarı rəngli dövlət nömrələri yenidən ağ rəngli nömrələrlə əvəz edilir, sürücülər isə hər ay 12 min dram ödəməli olacaqlar.
Sürücülərin sözlərinə görə, yaranmış şəraitdə bu məbləği ödəmək sadəcə olaraq mümkün deyil və həmin qərarın qüvvəyə minməsi dayandırılmalıdır.