...

Ermənistan vətəndaşı Kremldə bomba haqqında yalan məlumata görə mühakimə ediləcək

Dünya xəbərləri Materials 10 Fevral 2015 11:37 (UTC +04:00)
Rusiyada olan Ermənistan vətəndaşı Aşot Arakelyan barəsində cinayət işi prokurorluq tərəfindən Soçi məhkəməsinə göndərilib.
Ermənistan vətəndaşı Kremldə bomba haqqında yalan məlumata görə mühakimə ediləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Rusiyada olan Ermənistan vətəndaşı Aşot Arakelyan barəsində cinayət işi prokurorluq tərəfindən Soçi məhkəməsinə göndərilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Hadisə yanvarın 15-də baş verib, 37 yaşlı Arakelyan həbs edilib.

İstintaqın versiyasına görə, Rusiya Federasiyası ərazisində qanunsuz məskunlaşan Ermənistan vətəndaşı növbətçi hissəyə zəng edərək Kremlin partlayacağı haqqında qəsdən yalan məlumat verib.

"Terror aktı barədə qəsdən yalan məlumat verməkdə" təqsirləndirilən şəxsi 3 ilə qədər həbs cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti