...

Əhməd Davudoğlu vəzifəsindən getməyə hazırdır

Dünya xəbərləri Materials 9 Aprel 2015 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunda keçiriləcək parlament seçkilərində məğlub olacağı təqdirdə, Baş nazir Əhməd Davudoğlu istefaya verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Ə.Davudoğlu özü NTV-yə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, vəzifə onun üçün xüsusi əhəmiyyət daşımır, amma o əmindir ki, seçkilərdə məhz hakim partiya qalib gələcək.

Qeyd edək ki, bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 53 765 231 seçici Türkiyə Böyük Millət Məclisinə (TBMM) öz nümayəndələrini seçəcək. Seçkilərdə 31 partiya iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti