Azərbaycan, Bakı. 15 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Cənubi Qafqazdakı münaqişələrin həlli üçün səylərini davam etdirəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Ə.Davudoğlunun sözlərinə görə, Cənubi Qafqazdakı münaqişələrin nizamlanması Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.
Baş nazir Ankaranın həmçinin qonşu ərəb ölkələrindəki münaqişələrin nizamlanması üçün səylərini əsirgəmədiyini qeyd edib.