...

Türkiyədə “TOFAŞ” əməkdaşları işə çıxmaqdan imtina ediblər

Dünya xəbərləri Materials 16 May 2015 11:36 (UTC +04:00)
Türkiyənin Bursa vilayətində “TOFAŞ” avtomobil şirkətinin əməkdaşları tətil elan ediblər.
Türkiyədə “TOFAŞ” əməkdaşları işə çıxmaqdan imtina ediblər

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Bursa vilayətində "TOFAŞ" avtomobil şirkətinin əməkdaşları tətil elan ediblər. Trend "Milliyet" qəzetinə istinadən xəbər verir.

Şirkət işçiləri əmək haqqının az olmasına etiraz edirlər.

Aksiyada iştirak edənlərin sayı 4,5 minə çatıb.

Dünən elə bu vilayətdə "Renault" şirkətinin əməkdaşları da əmək haqqının az olmasına görə işlərini dayandırmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti