...

Türkiyədə avtomobil şirkətləri işçilərinin tətili genişlənir

Dünya xəbərləri Materials 20 May 2015 15:19 (UTC +04:00)
"Ford" avtomobil şirkətinin Türkiyədəki filialının işçiləri tətil keçirirlər.
Türkiyədə avtomobil şirkətləri işçilərinin tətili genişlənir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Rufiz Hafizoğlu/

"Ford" avtomobil şirkətinin Türkiyədəki filialının işçiləri tətil keçirirlər.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, tətilə səbəb filial işçilərinin məvaciblərindən narazı qalmasıdır.

Xatırladaq ki, bundan əvvəl Türkiyədə "Tofaş" və "Renault" avtomobil şirkətlərinin işçiləri tətilə başlamışdılar. Onların tətili artıq beş gündür davam edir.

Qeyd edək, tətil müddətində Türkiyədə 5 min "Renault" və 3 mindən çox "Tofaş" avtomobili yığılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti