...

“General Motors” korporasiyasını rekord cərimə gözləyir

Dünya xəbərləri Materials 23 May 2015 20:59 (UTC +04:00)
ABŞ-ın Ədliyyə Nazirliyi istehsal etdiyi avtomobillərin nasazlığı barədə məlumatı gizlədən avtomobil nəhəngi – “General Motors” korporasiyasının əməlində cinayət tərkibi aşkar edib.
“General Motors” korporasiyasını rekord cərimə gözləyir

Azərbaycan, Bakı, 23 may /Trend/

ABŞ-ın Ədliyyə Nazirliyi istehsal etdiyi avtomobillərin nasazlığı barədə məlumatı gizlədən avtomobil nəhəngi - "General Motors" korporasiyasının əməlində cinayət tərkibi aşkar edib.

Trend-in İnterfax-a istinadən verdiyi məlumata görə, şirkətin bu biganəliyi nəticəsində baş verən qəzalarda azı 104 nəfər həyatını itirib. "New York Times" qəzeti korporasiyanı tarixin ən iri cəriməsinin gözlədiyi barədə məlumat yayıb.

Hökumətlə "General Motors" arasında bu məsələyə dair razılaşmanın yay aylarında baş tutacağı gözlənilir. Avtomobil istehsalçısının ödəyəcəyi cərimənin miqdarı açıqlanmasa da, bəzi məlumatlara görə o, keçən il "Toyota" şirkətinin ödədiyi 1,2 milyard dollarlıq rekord cəriməni keçə bilər.

Hazırda "General Motors" "Toyota"dan fərqli olaraq istintaqla aktiv əməkdaşlıq edir və bu səbəbdən də onun cəzasının bir qədər yumşalacağı ehtimal olunur.

Sözü gedən nasazlıq hərəkət zamanı mühərrikin qəfildən sönməsinə gətirib çıxarırdı ki, bu da əyləc sisteminin sıradan çıxması və təhlükəsizlik qurğularının işləməməsi ilə nəticələnirdi. Şirkətin milyonlarla avtomobilini geri çağırılması ilə müşayiət edilən miqyaslı kampaniya yalnız 2014-cü ilin fevral ayında başlayıb. Lakin təhqiqatın fikrincə, korporasiya bu problem barədə həmin kampaniyadan xeyli əvvəl məlumatlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti