...

Türkiyə müxalifəti koalisiya hökumətinin yaradılması üçün şərtlərini irəli sürüb

Dünya xəbərləri Materials 12 İyun 2015 10:53 (UTC +04:00)
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti yaratmaq üçün şərtlərini irəli sürüb.
Türkiyə müxalifəti koalisiya hökumətinin yaradılması üçün şərtlərini irəli sürüb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti yaratmaq üçün şərtlərini irəli sürüb. Trend bu barədə "Kanal7" telekanalına istinadən xəbər verir.

Məlumatda deyilir ki, müxalifət partiyasının şərtlərinə əsasən, partiya lideri Kamal Kılıçdaroğlu iki il müddətinə ölkənin baş naziri olmalıdır, bundan başqa Türkiyə parlamentinə CHP üzvlərindən biri sədrlik etməlidir.

Müxalifət həmçinin ədliyyə, daxili işlər və təhsil nazirlərinin CHP deputatlarından təyin olunmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti