...

Türkiyədə koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlinib

Dünya xəbərləri Materials 22 İyun 2015 10:15 (UTC +04:00)
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəliblər.
Türkiyədə koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlinib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəliblər. Trend bu barədə "Posta" qəzetinə istinadən xəbər verir.

MHP bir neçə şərt müqabilində AKP-nin kürd probleminin demokratik həlli ilə bağlı planını qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunun ölkənin xarici işlər naziri vəzifəsinə keçməsi şərtlərdən biri olub.

Məlumatda deyilir ki, razılığa əsasən, parlament spikeri də MHP-li millət vəkili olacaq. Bundan başqa, Türkiyənin sabiq Daxili İşlər naziri Murat Başeşqioğlu daxili işlər naziri, Türkiyə Mərkəzi Bankının sabiq rəhbəri Durmuş Yılmaz isə Türkiyə Maliyyə naziri postunu tutacaq.

Xatırladaq ki, adıçəkilən hər iki şəxs hazırda MHP deputatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti