Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin kürdyönlü Xalqların Demokratik Partiyası (HDP) deputat toxunulmazlığından imtina edir.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu HDP-nin lideri Səlahəddin Dəmirtaş deyib.
Onun sözlərinə görə, sabah HDP-nin 80 millət vəkili deputat toxunulmazlığından imtina etmək üçün parlamentə yazılı müraciət edəcək.