Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə koalisiya hökuməti yaratmaq üçün sonuncu cəhdini edəcək.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır deyib.
O bildirib ki, AKP və Cümhuriyyət Xalq Partiyası (CHP) koalisiya hökuməti yaratmaqla bağlı razılığa gələ bilməsələr, AKP sonuncu dəfə MHP-yə müraciət edəcək.