Azərbaycan, Bakı, 6 avqust /Trend/
Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident baş verib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Tennesi ştatının Neşvill şəhərində naməlum silahlı şəxs kinoteatrda atəş açıb.
Tələfat və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Polis hadisənin baş vermə səbəblərini araşdırır.