...

Fransada nümayişlərin dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə edilib

Dünya xəbərləri Materials 19 Avqust 2015 12:19 (UTC +04:00)
Fransanın Manş departamentində fermerlərin təşkil etdiyi nümayişin dağıdılması zamanı Respublika Təhlükəsizlik Dəstələri (Fransa jandarmeriyası) gözyaşardıcı qazdan istifadə edib.
Fransada nümayişlərin dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə edilib

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Fransanın Manş departamentində fermerlərin təşkil etdiyi nümayişin dağıdılması zamanı Respublika Təhlükəsizlik Dəstələri (Fransa jandarmeriyası) gözyaşardıcı qazdan istifadə edib.

Trend-in məlumatına əsasən, bu barədə Frans Press agentliyi xəbər yayıb.

Agentliyin məlumatında bildirilir ki, nümayişdə təqribən 150 nəfər iştirak edib. İştirakçıların əksəriyyəti ət və süd istehsalçılarıdır. Nümayişçilər Sen-Lo şəhər administrasiyasının binasına soxulmağa çalışıblar. Bu zaman jandarma gözyaşardıcı qazdan istifadə etməli olub.

Bundan sonra etiraz əlaməti olaraq nümayişçilər maşın şinlərini yandırıb və 15 traktor vasitəsilə administrasiya binası yaxınlığına zibil dağıtmağa çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti