...

Parisin muzey kompleksində güclü yanğın baş verib

Dünya xəbərləri Materials 20 Avqust 2015 10:33 (UTC +04:00)
Bu gün Parisin Elm və Sənaye Muzey Kompleksində güclü yanğın baş verib. Binanın 6 mərtəbəsi alovla əhatələnib.
Parisin muzey kompleksində güclü yanğın baş verib

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Bu gün Parisin Elm və Sənaye Muzey Kompleksində güclü yanğın baş verib. Binanın 6 mərtəbəsi alovla əhatələnib. Trend-in məlumatına əsasən, bu barədə "Figaro" qəzeti xəbər yayıb.

Məlumatda bildirilir ki, alov 6 min kvadrat metrdən çox sahəyə yayıla bilər. Hadisə yerində 120-dən çox yanğınsöndürmə briqadası çalışır.

Yanğın hələlik lokallaşdırılmayıb.

"Frans Press" agentliyinin məlumatında yanğın nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Həlak olan yoxdur.

Yanğının səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti