Azərbaycan, Bakı, 24 avqust /Trend/
Türkiyənin şimal-şərqində, Artvin şəhərində sel suları 7 nəfərin həyatına son qoyu, 2 nəfər itkin düşüb. Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu vilayət başçısı Kəmal Cirit deyib.
Məlumata əsasən, sel yaşayış evinin dağılmasına gətirib çıxarıb.
Meteoroloqların məlumatına görə, Türkiyənin şimal-şərqində yağışlı hava şəraiti 3 gün davam edəcək.