...

Türkiyənin Baş naziri müvəqqəti hökumətin qurulması üçün müxalifətə səsləndi

Dünya xəbərləri Materials 25 Avqust 2015 18:13 (UTC +04:00)
Türkiyənin baş naziri Əhməd Davudoğlu müxalif partiyalarına müvəqqəti hökumətin qurulması məsuliyyətini paylaşmaq, həmin partiyaların deputatlarına isə hökumətə daxil olmaqla bağlı təklif irəli sürüb.
Türkiyənin Baş naziri müvəqqəti hökumətin qurulması üçün müxalifətə səsləndi

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu müxalifət partiyalarına müvəqqəti hökumətin qurulması məsuliyyətini paylaşmaq, həmin partiyaların deputatlarına isə hökumətə daxil olmaqla bağlı təklif irəli sürüb. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Nazir Ankarada keçirilən mətbuat konfransı zamanı qeyd edib ki, ölkənin bir saniyə belə hökumətsiz qalmasına icazə vermək olmaz: "Bu vəzifəyə mən təyin edilmişəm, ancaq bu, bizim ortaq vəzifəmizdir. Müxalifət partiyalarının liderləri buna qarşı olsalar belə, bu partiyaların deputatlarına hökumətə daxil olmaq təklifi irəli sürəcəyik. Bütün partiyaları müvəqqəti hökumətin qurulması ilə bağlı məsuliyyəti paylaşmağa və bunun üçün qapılarını açıq saxlamağa çağırıram".

Ə.Davudoğlu bildirib ki, əvvəlki koalisiya danışıqlarının uğursuzluqla nəticələnməsinə səbəb müxalifət partiyalarının hökumətin qurulmasında iştirak etmək istəməməsidir: "Bütün partiyalar ilə danışıqlar aparmaq üçün təyin olunmuşam. Bütün variantları sınaqdan keçirdik və qarşımızda duran vəzifəni yerinə yetirdik. Hökuməti qurmaq alınmadısa, biz buna görə məsuliyyət daşımırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti