Azərbaycan, Bakı, 28 avqust /Trend/
ABŞ Dövlət Departamentinin keçmiş rəsmi nümayəndəsi Cen Psaki "Twitter" səhifəsində ana olması barədə məlumat yayıb. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.
Sabiq məmur bunu gənc valideynlərə bir ilədək ödənişli məzuniyyətin verilməsi ilə bağlı təşəbbüsə yazdığı şərhdə deyib: "Cavan ana kimi bu gözəl təşəbbüsün müəlliflərinin əllərini sıxıram".