Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:45-də yayılıb)
Azərbaycan, Bakı, 31 avqust /Trend/
Ukrayna Ali Radasının binası qarşısında baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının ən azı 40 əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, etirazçılardan azı 10 nəfər yaralanıb, onlar əsasən baş nahiyəsindən xəsarət alıblar.
Təqribən 200 nəfər ölkə Konstitusiyasına dəyişikliklər edilməsi əleyhinə nümayişi davam etdirir. Hərçənd Ukrayna parlamenti həmin dəyişiklikləri I oxunuşda dəstəkləyib və işini bu gün başa çatdırıb.
Nümayişçilər deputatları dəyişiklikləri qəbul etməməyə və ölkə Prezidentini səlahiyyətlərini dayandırmağa çağırırlar.
Nümayişçilər dava əvvəl parlament binasına zorla girməyə cəhd göstərmişdilər.
Baş verən toqquşma zamanı Milli Qvardiyanın 20 döyüşçüsü yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin rəisi Aleksandr Tereşuk isə bildirib ki, iğtişaşlar zamanı ümumilikdə təqribən 100 nəfər xəsarət alıb.