...

Misirdə meksikalı turistlər güllələndi

Dünya xəbərləri Materials 14 Sentyabr 2015 11:35 (UTC +04:00)
Misirin güc strukturları terrorçulara qarşı xüsusi əməliyyat zamanı səhvən meksikalı turistləri güllələyiblər.
Misirdə meksikalı turistlər güllələndi

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Misirin güc strukturları terrorçulara qarşı xüsusi əməliyyat zamanı səhvən meksikalı turistləri güllələyiblər.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşləri Nazirliyinin bölmələri ordu ilə birlikdə İŞİD terror təşkilatı ilə bağlı ekstremistləri təqib edirdilər.

Hadisə nəticəsində ümumilikdə 12 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Onların arasında nə qədər əcnəbinin olduğu barədə dəqiq məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti