Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Gürcüstan müxalif Vahid Milli Hərəkat partiyası öz baş ofis binasını satışa çıxarıb.
Trend-in Gürcüstan KİV-nə istinadən verdiyi məlumata görə, partiyanın bu qərarı yeni binaya köçməsi ilə bağlıdır.
Məlumata əsasən, baş ofisin satış qiyməti 3,5 milyon dollardır.