...

İran əhalisi qocalır

Dünya xəbərləri Materials 2 Oktyabr 2015 14:30 (UTC +04:00)
İran əhalisi getdikcə qocalır, belə ki, hazırda ölkə əhalisinin 8,2 faizini yaşlılar təşkil edir.
İran əhalisi qocalır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend müxbir Təmkin Cəfərov/

İran əhalisi getdikcə qocalır. Hazırda ölkə əhalisinin 8,2 faizini yaşlılar təşkil edir. Trend-in məlumatına görə, bu barədə "fararu" xəbər saytı İran Yaşlılar Milli Şurasının katibi Fərid Bəratiyə istinadən xəbər verib.

F.Bərati deyib ki, 2021-ci ildən sonra ölkədə qocalma porsesi daha da sürətlənəcək. "Hər bir cəmiyyətdə əhalinin 12 faizini qocalar təşkil edərsə, həmin cəmiyyət yaşlı hesab olunur. İran ölkə üzrə hələ bu rəqəmə çatmayıb, lakin bəzi bölgələrdə artıq 12 faizə yaxınlaşırıq".

F.Bərati deyib ki, Gilan əyalətində qocalıq həddi 11 faiz, İsfahan, Tehran və Qərbi Azərbaycan əyalətlərində isə 10 faizə yaxındır.

Onun sözlərinə görə, 2036-cı ilədək İranda qocaların sayı 12 milyon nəfərə çatacaq: "Hazırda 2,5 milyon nəfər ahıl pensiya fondundan vəsait alır. Bir o qədər də qoca insan İmam Xomeyni adına imdad komitəsinin himayəsindədir. Ölkədə 2 milyona yaxın qocaya isə heç bir yardım göstərilmir. Əlbəttə, bu dəqiq rəqəm deyil. Dəqiq olan odur ki, az gəliri olan təbəqələrdə qocaların sayı çoxalmaqdadır".

F.Bərati yaşlanmanın qarşısını almaq üçün təcili olaraq proqramların həyata keçirilməsinin zəruriliyini vurğulayaraq deyib ki, son illər bu problemə diqqət yetirilir və həlli üçün proqramlar hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti