...

Praqada qaçqınların qəbuluna qarşı nümayiş keçirilib

Dünya xəbərləri Materials 13 Dekabr 2015 04:44 (UTC +04:00)
Çexiyanın paytaxtı Praqada qaçqınların qəbuluna qarşı nümayiş keçirilib.
Praqada qaçqınların qəbuluna qarşı nümayiş keçirilib

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada qaçqınların qəbuluna qarşı nümayiş keçirilib. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, nümayişdə mindən çox adam iştirak edib. Nümayişçilər şəhərin mərkəzi meydanından dövlət başçısının iqamətgahı - Praqa qəsrinə kimi yürüyüblər.

Mitinqçilər Avropa İttifaqının miqrasiya siyasətini qəbul etməyən və Avropada terror təhlükəsinin böyüdüyü barədə xəbərdarlıq edən ölkə prezidenti Miloş Zemana dəstəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti