Bakı. Trend:
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" hotelində silahlıların girov götürdüyü 33 nəfər polisin keçirdiyi əməliyyat nəticəsində azad edilib.
Trend-in RİA Novosti agentliyinə agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin rabitə naziri bildirib.
İlkin məlumata görə, hücum nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı" öz üzərinə götürüb.