Bakı. Trend:
ABŞ-ın Şərq sahillərində tüğyan edən "Conas" qar fırtınası nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl isə ölənlərin sayının 10 nəfər olduğu bildirilirdi.
Sinoptiklər məhz istirahət günləri havanın daha da kəskinləşəcəyini bildiriblər. Karolina və Corciya ştatlarından Nyu-Yorka qədər hər yerdə fövqəladə vəziyyət elan edilib. İnsanlara nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur.