...

Türkiyə Prezidentinin təhqir olunması ilə bağlı 1845 cinayət işi açılıb

Dünya xəbərləri Materials 2 Mart 2016 17:28 (UTC +04:00)
2014-cü ildən etibarən Prezident Rəcəb Tayyib Ərdoğanın təhqir olunması ilə bağlı Türkiyə vətəndaşlarına qarşı 1845 cinayət işi açılıb.
Türkiyə Prezidentinin təhqir olunması ilə bağlı 1845 cinayət işi açılıb

Bakı. Elçin Hüseynov - Trend:

2014-cü ildən etibarən Prezident Rəcəb Tayyib Ərdoğanın təhqir olunması ilə bağlı Türkiyə vətəndaşlarına qarşı 1845 cinayət işi açılıb. Trend "Today's Zaman" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib.

Türkiyə Cinayət Məcəlləsinin 299-ci maddəsi ilə belə qanun pozuntusuna görə 1-4 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qəzet yazır ki, ölkə müxalifəti R.T.Ərdoğanı son zamanlar bu maddədən tez-tez istifadə etməkdə ittiham edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti