...

Kiyevin idmançı meri velosipeddən yıxıldı (FOTO)

Dünya xəbərləri Materials 21 Aprel 2016 14:54 (UTC +04:00)
Kiyevin meri Vitali Kliçko bu gün səhər işə gedərkən velosipeddən yıxılıb.
Kiyevin idmançı meri velosipeddən yıxıldı (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

Kiyevin meri Vitali Kliçko bu gün səhər işə gedərkən velosipeddən yıxılıb. Bu barədə Trend Ukraynanın "Vesti" onlayn-qəzetinə istinadən xəbər verir.

V.Kliçko bir neçə gündür işə velosipedlə gedir. Kiyev meri hərəkət zamanı bordürə çıxmaq istəyərkən manevr alınmayıb və velosipeddən yıxılıb. Amma idmançı merin yardıma ehtiyacı olmayıb. O özü qalxaraq velosipedlə hərəkətini davam edib.

Bir neçə gün əvvəl V.Kliçko "Feysbuk" səhifəsində bildirmişdi ki, artıq işə velosipedlə getməyə üstünlük verir. Onun fikrincə, bu, həm sağlamlığa xeyirdir, həm də yollardakı tıxaclar səbəbindən işə gecikmələrdən xilas edir.

Qəzet qeyd edir ki, merin velosipedinin qiyməti 4 min dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti