...

Həsən Ruhani: İran ABŞ-ı Beynəlxalq Cinayət Məhkəməsinə verəcək

Dünya xəbərləri Materials 10 May 2016 16:17 (UTC +04:00)
Tehran İrana məxsus 2 milyard dollar dondurulmuş vəsaitin ABŞ tərəfindən istifadəsi ilə bağlı iddia ərizəsini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə hazırlaşır.
Həsən Ruhani: İran ABŞ-ı Beynəlxalq Cinayət Məhkəməsinə verəcək

Bakı. Elçin Hüseynov - Trend:

Tehran İrana məxsus 2 milyard dollar dondurulmuş vəsaitin ABŞ tərəfindən istifadəsi ilə bağlı iddia ərizəsini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə hazırlaşır. Trend-in "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

Dövlət başçısı deyib ki, iddia ərizəsi bu yaxınlarda məhkəməyə göndəriləcək: "ABŞ-a bu vəsaiti mənimsəməyə imkan verməyəcəyik".

Daha əvvəl ABŞ Mərkəzi Bankı İrana dondurulmuş aktivlərini qaytarmaqdan imtina edib. Bankın fikrincə, bu vəsaitlər 1983-cü ildə Beyrutda törədilmiş partlayışlar və digər terror aktlarından zərər çəkmiş amerikalı ailələrin hesabına köçürülməlidir.

Xatırladaq ki, ABŞ-ın mindən çox vətəndaşı rəsmi Tehrandan 1983-cü ildə Beyrutda törədilmiş terror aktlarında İranı günahkar hesab edərək kompensasiya tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti