Bakı. Trend:
Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurduğuna görə təzminat ödəməyə hazırdır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
"Məktubda biz öz təəssüfümüzü bildirdik və lazım gələrsə təzminat ödəməyə hazırıq dedik. Normallaşma prosesi faktiki olaraq başladı", - deyə Binəli Yıldırım bildirdi.
Qeyd edək ki, ötən il noyabrın 24-dən sonra Rusiya və Türkiyə arasında münasibətlər gərginləşib. Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhədə Rusiyanın "Su-24" qırıcısını vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini bəyan etsə də, Rusiya həmin iddiaları rədd edərək hadisəni "arxadan vurulan zərbə" adlandırıb.