Bakı. Trend:
Ötən gün Ermənistandakı hərbi hissələrdən birində ölüm faktı qeydə alınıb.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, iyulun 3-də səhər saatlarında Müdafiə Nazirliyinin hərbi hissələrindən birində döyüş postunda əsgər Arsen Mxitaryanın meyiti tapılıb. O, güllə yarası alıb.
Faktla bağlı cinayət işi açılıb.