Bakı. Elmira Tariverdiyev - Trend:
İranda prezident seçkiləri 2017-ci il mayın 19-da keçiriləcək.
Trend-in "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bu, İranda sayca 12-ci prezident seçkiləri olacaq.
Qeyd edək ki, hazırki Prezident Həsən Ruhani 2013-cü il avqustun 3-də vəzifəsinin icrasına başlayıb.