...

Türkiyədə Gülən hərəkatına qarşı mübarizə çərçivəsində 16 min nəfər həbs olunub

Dünya xəbərləri Materials 9 Avqust 2016 11:46 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində 16 min insan həbs olunub.
Türkiyədə Gülən hərəkatına qarşı mübarizə çərçivəsində 16 min nəfər həbs olunub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində 16 min insan həbs olunub. Trend-in məlumatına görə, bunu Anadolu agentliyinə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib.

Nazir bildirib ki, Gülən hərəkatına qarşı mübarizə davam etdiriləcək.

Qeyd edək ki, İstabnul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb. F.Gülən 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhdin təşkilində günahlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti