Bakı. Trend:
İtaliyada zəlzələ qurbanlarına görə milli matəm elan edilib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, sabah Askoli-Piçenoda ölənlərin dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, son məlumata görə, avqustun 24-də baş vermiş zəlzələ nəticəsində 267 nəfər həyatını itirib.