...

Suriyada partlayış - ölən və yaralananlar var

Dünya xəbərləri Materials 3 Oktyabr 2016 15:25 (UTC +04:00)
Suriyada dəhşətli terror hadisəsi baş verib.
Suriyada partlayış - ölən və yaralananlar var

Bakı. Trend:

Suriyada dəhşətli terror hadisəsi baş verib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, Suriyanın Hama şəhərində Əl-Asi meydanında terrorçu-intiharçı özünü partladıb.

Hadisə nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar olduğu bildirilir.

Məlumata görə, hadisə yerində həkim, polis, yanğınsöndürən briqadalar işləyir. Meydanın ərazisi hərbçilər tərəfindən mühasirəyə alınıb. Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti