...

PKK ilə atışma: 3 türk hərbçi öldü

Dünya xəbərləri Materials 31 Oktyabr 2016 16:41 (UTC +04:00)
Hazırda dumanlı hava şəraitində atışma qısa fasilələrlə davam edir.
PKK ilə atışma: 3 türk hərbçi öldü

Bakı. Trend:

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 3 hərbçi ölüb, 1-i yaralanıb. PKK terrorçularından isə 4-ü zərərsizləşdirilib.

Hazırda dumanlı hava şəraitində atışma qısa fasilələrlə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti