...

Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədrləri saxlanılıb

Dünya xəbərləri Materials 4 Noyabr 2016 04:07 (UTC +04:00)
Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ, terror fəaliyyətinin araşdırılması əməliyyatı çərçivəsində, polis tərəfindən saxlanılıb
Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədrləri saxlanılıb

Bakı. Trend:

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ, terror fəaliyyətinin araşdırılması əməliyyatı çərçivəsində, polis tərəfindən saxlanılıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Dəmirtaş və Yüksəkdağ iyun ayında polislə əməkdaşlıq etməyəcəklərini və ifadə verməyəcəklərini bildirmişdilər.

Dəmirtaş və Yüksəkdağdan başqa, Türkiyə parlamentinin 9 HDP üzvü olan deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti