...

Türkmənistan Xəzərdə süni ada yaradır

Dünya xəbərləri Materials 6 Dekabr 2016 12:54 (UTC +04:00)
Türkmənistanda mütəxəssislər Türkmənbaşı körfəzi akvatoriyasında yaradılacaq süni ada üçün quraşdırılmış baza platformasının montorinqini həyata keçirir
Türkmənistan Xəzərdə süni ada yaradır

Aşqabad. Hüseyn Həsənov - Trend:

Türkmənistanda mütəxəssislər Türkmənbaşı körfəzi akvatoriyasında yaradılacaq süni ada üçün quraşdırılmış baza platformasının montorinqini həyata keçirir.

Trend-in “Neytral Türkmənistan” qəzetinə istinadən məlumatına görə, həmin obyektin inşasına iki il əvvəl başlanılıb. Bu işlər beynəlxalq dəniz limanının tikintisi zamanı başlayıb. Bölgənin perimetri 7 kilometr, ərazisi 160 hektar təşkil edir.

Qəzet yazır ki, bu ərazidə əhəmiyyətli ölçülərdə şəhər yerləşə bilər. Bu ada salındıqdan sonra onu ekoloji turizm mərkəzi kimi istismar etmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti