...

Özbəkistanın yeni Baş naziri təyin edildi

Dünya xəbərləri Materials 14 Dekabr 2016 14:14 (UTC +04:00)

Daşkənd. Dəmir Əzizov - Trend:

Özbəkistan Baş nazirinin müavini Abdulla Aripov ölkənin Baş naziri vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, bu qərar Özbəkistan parlamentində Qanunverici Palata və Senatın birgə iclasında qəbul olunub.

A.Aripovun namizədliyi Özbəkistan konstitusiyasına uyğun olaraq parlamentdə çoxluğa sahib Liberal Demokratik Partiya tərəfindən irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Baş nazir vəzifəsində hazırda ölkə Prezidenti olan Şavkat Mirziyayev çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti